Ərdoğanın bölgələrə “təşəkkür səfəri” başlayır

13:18 - 6 İyul 2023 - GÜNDƏM

 Ərdoğanın bölgələrə “təşəkkür səfəri” başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü ölkənin bölgələrinə səfəri başlayır, ilk gediləcək yer isə ölkənin şimal-şərqindəki əyalətlər olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan seçkidən sonra bölgələrə “təşəkkür səfərləri”nə start verir. Şənbə günü Ərdoğan ilk dəfə olaraq 14 və 28 may seçkisində rekord səs topladığı Bayburt və Gümüşxanəyə səfər edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ərdoğanın Bayburtda bir sıra ictimai binaların açılışında iştirak edəcəyi gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol