Pakistanda son iki həftədə daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər həlak olub, daha 87 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Ən çox ölüm hallarının Pəncab əyalətində qeydə alındığı bildirilir. Əyalətdə binaların çökməsi və torpaq sürüşmələri 20-yə yaxın insanın həyatına son qoyub. Ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Şanqla rayonunda isə 8 yeniyetmə həlak olub. Hazırda xilasedicilər dağıntılar altında qala biləcək uşaqların axtarışını davam etdirir.
Sinoptiklər yaxın günlərdə Pəncab əyalətinin bütün ərazisində musson yağışlarının davam edəcəyi və daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.
2022-ci ildə Pakistanda musson yağışlarının səbəb olduğu dağıdıcı daşqınlar və torpaq sürüşmələri 1,7 min insanın ölümü ilə nəticələnmişdi.
- Monteneqroda ağır cinayət: Bakıda DNT tədqiqatı aparıldı
- Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video
- Qobustanda ağır qəza: ölən var - Video
- 16 yaşlı oğlan su kanalında batdı
- Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video