Rusiyanın nüvədən istifadə etmə ehtimalı Ukrayna ordusunun Krıma girməsi ilə bağlıdır. Krım Putinin tacındakı ləldir və o, bu “ləli” müqavimətsiz verməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç deyib.
“O (Putin), beynəlxalq ictimaiyyətə təsir etmək üçün nüvə şantajından, döyüş hazırlığının artırılmasından və hədələrdən istifadə edə bilər. Çinlilər və türklər Rusiyanın nüvə silahından istifadənin qəti əleyhinədirlər”, - Arestoviç bildirib.
Sabiq müşavir nüvə silahından istifadənin nəticələrindən də danışıb:
“Nüvə silahının kütləvi istifadəsi təhlükəli olacaq və ABŞ və Avropanın reaksiyasına səbəb olacaq. Bu, bütün müqavilələri pozacaq və dünya təhlükəsizliyinə təhdid yaradacaq. Onun istifadəsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görüləcək. Əgər nüvə silahı istifadə edilsə, Qərb Ukrayna ərazisində Rusiyanın donanmasını və qoşunlarını məhv edəcək. Nüvə eskalasiyası bəzi ölkələrin nüvə silahı sahəsində öz tədqiqatlarına başlamasına səbəb olacaq. Bizə qarşı istifadə edilərsə, Ukrayna da qısa zamanda öz nüvə silahını yarada bilər”.
- Monteneqroda ağır cinayət: Bakıda DNT tədqiqatı aparıldı
- Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video
- Qobustanda ağır qəza: ölən var - Video
- 16 yaşlı oğlan su kanalında batdı
- Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video