Ötən gün səhər saat 09:00 radələrində əsgər yola salma mərasimində avtoxuliqanlıq hərəkətləri edərək görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Astara şosesində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Məhərrəmov Vüsal İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Eltun Firdovsi oğlu, 2000-ci il təvəllüdlü İdrisov Raqib Şadulla oğlu, 1996-cı il təvəllüdlü Qasımov Namiq Sərdar oğlu və 2000-ci il təvəllüdlü Zayidov İsaq Söhrab oğlu “VAZ 2107” markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, “VAZ 2106 markalı” 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və “VAZ 21015” markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yolda təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.
Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların hər biri bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə yanaşı 15 sutka həbs cəzası alıblar.
- İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular - Polis araşdırır - Video
- Xocavənddə traktor minaya düşdü
- "Hunday" işıq dirəyinə çırpıldı: ölən var
- “Vaşinqton razılaşmasında Trampın rolu kifayət qədər böyükdür”
- Əkin sahəsindən qadın meyiti tapıldı
- Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
- “Sevgilisinin maaşı 160 minə qaldırılıb, vəzifəsi yüksəldilib” - Şok iddia
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar