Bu gün 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.
ADY-dən BUTA.TV-a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə aidiyyəti üzrə araşdırılır.
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov
- Kipr sahillərində 297 sərnişinin olduğu gəmi batır
- Dəhşətli anlar: Təyyarəni qaçırıb AES-ə doğru sürdü
- ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı
- “Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”