Türkiyəli iş adamı Acun Ilıcalı "FutbolArena" yutub kanalında yayınlanan "Roksan ile laf arası" proqramında qonaq olub.
BUTA TV xəbər verir ki, iş adamı zəngin olmaq üçün müxtəlif sseminarlar keçirən, sosial media hesablarında məsləhətlər influenseri tənqid edib. "Hədəf qoymayın. Hədəf qədər yanlış bir şey yoxdur. Hədəfi bir addım sonrasını yaşayaraq, addım-addım qurun. Sadəcə 1 addım sonranı hədəfləyin. Əvvəlcə ilk addımda xoşbəxt olacaqsan. Sevdiyin işdə çalışmalısan və oradan başlayaraq addımlamalısan.
Sosial mediada insanlara çox zəngin olmağın yollarını izah edirlər. "Varlı olmaq istəyirsən? Belə et, elə et. Zəngin olacaqsan".
Mənə nağıl danışma. Mən kasıb da oldum, varlı da. Zəngin olanda daha xoşbəxt olmursan. Amma kasıb olmamaq lazımdır, bunu anlat. Pulu belə əldə etməyin lazımdır deyirsən, bəs özün onu tapmısan? Kimin pulu ilə nə edirsən onu belə bilmirik" deyə, Acun vurğulayıb.
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq