ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis 21 yaşlı hamilə və qaradərili olan qadını güllələyib.
BUTA.TV xəbər verir ki, qadının mağazadan oğurluq etdiyi iddia olunub. Polis qadının avtomobilini oğurluq etdiyi iddia edilən mağazanın dayanacağında saxlayıb. Hamilə qadın avtomobilini hərəkət etdirən zaman polislərdən biri maşının ön şüşəsinə atəş açıb.
Yaralı qadın idarəetməni itirərək maşını divara çırpıb.
Bütün müdaxilələrə baxmayaraq, qadını və bətnindəki körpəsini xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Atəş açan polis əməkdaşı isə inzibati məsuliyyətə cəlb edilib.
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır
- Müəllimlərin yaşayış rayonuna uyğun vakansiya seçimi başladı
- Ermənistana buğda və daş kömür göndərildi