Tərtərdə mənzildən oğurluq edən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt onun evindən naməlum şəxs pul və zinət əşyaları, bank kartı,müxtəlif sənədlər oğurlayıb.
Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Əhmədov Rabil Aqil oğlu tutularaq istintaqa cəlb edilib.
Oğurlanan əşyalar, pul və sənədlər tapılaraq Aslanovlar ailəsinə təhvil verilib. Faktla bağlı Tərtər rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, Vəfa Aslanova 44 günlük Vətən müharibəsinin şəhidi Yasən Mehtiyevin anasıdır.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır