Rusiyanın hərbi-sənaye bazasında dəqiq idarə olunan silah ehtiyatlarının bərpası ilə bağlı problemlərlə yanaşı, digər təchizatlarda da problemlər var. Məsələn, hərbi texnika üçün təkərlər. Pis keyfiyyət və təkərlərin olmaması payız-qış aylarında texnikanın cəbhədə hərəkətliliyini məhdudlaşdıracaq.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Məlumata görə, Rusiya sənayesi döyüş əməliyyatlarında həyati əhəmiyyət kəsb edən hərbi texnikalarda köhnəlmiş təkərləri əvəz etmək üçün kifayət qədər rezin istehsal edə bilmir:
“Təkərlərin sıradan çıxması palçıqlı, yağışlı və şaxtalı şəraitdə təkərli nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirəcək. Rusiya mənbələri iddia edir ki, ölkə rəsmiləri avqustun ortalarına qədər köhnəlmiş təkərlər üçün bir həll tapacaqlarını söyləsələr də, artıq sentyabrın 5-dir və hələ də vəziyyət dəyişməyib”.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video