Ermənistanın icra hakimiyyətində vəziyyət gərgindir. Paşinyan nazirlərdən narazıdır və yaxın vaxtlarda hökumətdə bir neçə şəxsin işdən çıxarılması gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“İrəvan Ağsaqqallar Şurasına seçkidən sonra vəzifəsini tərk edəcək ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, eləcə də ətraf mühit naziri Akop Simidyan diqqət mərkəzindədir. Lakin icra hakimiyyətindəki mənbələrə görə, Nikol bununla kifayətlənməyəcək. Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın da öz postlarını tərk edəcəyi planlaşdırılır. Hökumətdə ixtisarlarla bağlı söz-söhbətlərə görə, gərgin vəziyyət yaranıb. Nazirlər nəfəslərini tutub gözləyirlər ki, Paşinyanın növbəti hədəfi kim olacaq, vəzifəsi ilə kim vidalaşacaq? Paşinyan isə tələsmir. O, İrəvan Ağsaqqallar Şurasına seçkini gözləyir və bundan sonra Nazirlər Kabinetində “təmizləmə”yə başlayacaq. Sirr deyil ki, hazırda Paşinyanın demək olar ki, bütün komanda yoldaşları ilə münasibətləri gərgindir. Nikol heç kimə güvənmir və buna görə də tezliklə işdən çıxaracağı nazirlərə əvəzləyici tapa bilmir”, - məlumatda deyilib.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video