İqlim dəyişikliyi səbəbiylə dəniz səviyyəsinin qalxması İstanbul sahillərində yerləşən malikanələr, saraylar, dini və tarixi tikililər, İzmirdə isə körfəz və kurortlar üçün risk yarada bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Qlobal Balans Dərnəyinin “İstanbul və İzmir əyalətləri üçün dəniz səviyyəsinin yüksəlməsi və onun mümkün təsirləri” haqda hesabatında qeyd edilib.
Bildirilir ki, dəniz səviyyəsinin qalxması Dolmabağça, Bəylərbəyi, Küçüksu Yay kimi sarayların, Şəmsi Paşa və Ortaköy məscidi kimi qiymətli tikililərin qorunması üçün daha effektiv tədbirlərin görülməsini zəruri edir.
Hesabatın müəlliflərindən biri professor Nüzhet Dalfes vurğulayıb ki, İstanbulda Mərmərə dənizi ilə həmsərhəd rayonlarda 6 milyondan çox insan yaşayır:
“Şəhərdə hündürlüyü 2 metrdən az olan təxminən 120 kvadrat kilometrlik bir sahə risk altındadır”.
Həmçinin, İstanbulda dəniz səviyyəsi qalxarsa, estakadalarda bəzi təmir işləri aparılmalıdır. Kadıköydə isə bu, metrostansiya girişlərinə təsir edə bilər ona görə də bunun üçün tədbirlər görülməlidir.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı