Bloger Roman Baqdasaryan erməni cəmiyyətinə müraciət edərək, Qarabağ klanının nümayəndələrinin Ermənistana daxil olmasının yaratdığı təhlükədən danpışıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
“Müharibədən 3 il keçir. Qarabağdakı xainlər - Araikin “məmurları”, “generalları” həbsxanadan Ermənistana qaçır və burada cəzasız olaraq dolaşır. Niyə biz hər kəsə Qarabağdan Ermənistana gəlməyə icazə veririk? Niyə heç kim Samvel Oqanovskinin Ermənistanda nə işlə məşğul olduğunu soruşmur? “Xankəndi merinin” arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? Ermənistan işdə olmayan insanların maaşını necə verir? Onlar iş yerində deyil, Ermənistanda kef edirlər. Bako və Araikin göstərişi ilə həbsxanalarda adam öldürən o qarabağlılar niyə İrəvanda sakit gəzirlər? İnsanlar cinayət məsuliyyətinə cəlb olunurlar, qətllərdə ittiham olunurlar, amma yenə də sakitcə Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar hansı zərərlərə səbəb ola bilərlər?” - bloger bildirib.
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...
- Ucuz mənzillər hələ də satışdadır - Video
- Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək
- Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
- Qəbul imtahanında dörd nəfər 400 bal topladı