Şəmkirdə 13 yaşlı qız itkin düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Dəllər Cəyir kənd sakini, 2010-cu il təvəllüdlü F.M. sentyabrın 10-da axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, itkin düşən yeniyetmənin yaxınları bununla bağlı Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.
"Hazırda F.M-nin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - E.Qasımov qeyd edib.
- Ömər Eldarov xəstəxanaya yerləşdirildi
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...