Rusiyanın Ağdam-Xankəndi marşrutu ilə humanitar yük daşımasını qeyd aldıq.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin sözçüsü Yekaterina Kasinc deyib.
“Biz bu inkişafla bağlı bütün həssaslıqları anlayırıq. Bunun yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmalarının bərpası üçün təkan yaradacağını gözləyirik”, - o bildirib.
Qeyd edək ki, dünən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi