Dünən yolumuz Kliniki Tibbi Mərkəzə düşdü. Ad dəyişilsə də, qalan hər şey yerli-yerindədir. Həyatımda ilk dəfə təcili yardımdan xəstənin qaçdığını orada gördüm. Adam içəridə hansı münasibəti görmüşdüsə, halsız vəziyyətdə olsa da, özünü qapıdan çölə atdı. Sonra həkimlər çıxıb xəstəni axtarmağa başladılar.
BUTA.TV xəbər verir ki, bu sözləri jurnalist Çingiz Səfərli qeyd edib.
“İkinci bir məsələ açıq bazarın hələ də qalmasıdır. Deməli, təcili yardıma xəstə gəlir. Xəstəni müayinə edirlər, ardınca birinci tibb bacısı gəlir və "hörmət" istəyir. 5 manat verib yola salırsan və deyir ki, bir azdan da həkim gələcək. Normalda belə pul istəyənləri acılayıram, amma düz kameranın altında istədi və kameraların çəkdiyini deməyimə baxmayaq," fərqi yoxdur" deyə cavab verdiyi üçün ovcuna 5 manat basdım. Çıxanda da həkimə 10 manat verdim. Vəziyyət belədir. Buna rəğmən də hər gün "səhiyyəmiz inkişaf edir, ay mütəxəssislərimiz elədir, belədir" tipli açıqlama verirlər. Bu da TƏBİB və onun xəstəxanalarda yaratdığı şərait. Kliniki Tibbi Mərkəz hələ bunların ən yaxşısıdır...” – o bildirib.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu