Ermənistanın Baş naziri Nikol Paşinyan bütün nazirlərə, deputatlara və partiyasının idarə heyətinin digər üzvlərinə məktub yazıb və beynəlxalq tərəfdaşları köməyə çağırmağı tapşırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Paşinyan hökuməti üçün təhlükə var. Hakimiyyət də, müxalifət də, geniş ictimaiyyət də bundan danışır. Təhlükənin haradan gəldiyi hələ bəlli deyil, amma bu, faktdır: müxalifət partiyalarının gözləntiləri, Paşinyan və komanda yoldaşlarının təşviş və qorxusu var.
Paşinyan bütün komanda yoldaşlarına məktub yazmağı, beynəlxalq tərəfdaşlara zəng edərək Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək niyyətində olduğunu, İrəvanın köməyə ehtiyac duyduğunu bildirməyi tapşırıb, başqa sözlə, Nikol Ermənistanda onun yerinə rusiyayönümlü qüvvə və ya fiqurun keçəcəyindən ehtiyat edərək hələ də Qərbin dəstəyini qazanmağa, hakimiyyətini qorumağa çalışır.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
İndi bütün komanda səstoplama kampaniyası ilə yanaşı, müxtəlif paytaxtlara məktub və çağırışlarla da məşğuldur. Çünki Paşinyanın gedişi Rusiyanın Ermənistanda daha da güclənəcəyi anlamına gəlir. Diplomatik korpusa Paşinyan hökumətini təhdid edən təhlükələr barədə müxtəlif kanallar vasitəsilə digər ölkələrin hakimiyyət orqanlarını məlumatlandırmaq da tapşırılıb”, - məlumatda deyilir.
- Messinin taleyini o tvit dəyişdi - Tarixi yenidən yazan iki Lionel - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları