Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib.
Mərasimə elm və təhsil naziri Emin Əmrullayev də qatılıb.
Budan başqa, işğaldan azad edilən Füzuli şəhərində ilk tədris ilinin açılışında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Tural Ayvazlı, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, nazirliyinin digər əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, müəllimlər, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri iştirak ediblər.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Qeyd edək ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbi, 960 şagird yerlikdir. Məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilib. Yeni dərs ilində məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparacaq.
İkimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur.
Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.
- Messinin taleyini o tvit dəyişdi - Tarixi yenidən yazan iki Lionel - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları