Kadırovun səhhətində problemlərin olması məlum məsələdir. Üstəlik, böyrək sistemində müəyyən fəsadların yaranmasına səbəb olan zəhərlənmənin bir dəfədən çox olması ehtimalı var.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Kadırovun "ovlanması" Kremldə mövcud olan qruplar arasında məlum mübarizədir. Nəzərə alsaq ki, o, Rusiyada baş verən proseslərə təsir göstərməsi və bunun davam etməsi nəticəsində belə bir vəziyyətə düşdü. Görəcəyik onun səhhəti necə olacaq, mən tələsməzdim, çünki insan bir müddət komada ola bilər. İnsanların bir həftə, bir ay, ya iki, ya da altı ay və ya daha çox komada qalmasına dair məlum faktlar var".
O qeyd edib ki, Kadırovun mümkün ölümünün Rusiya üçün kifayət qədər ciddi nəticələri olacaq:
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
"Biz Kremldə digər qrupla müharibədə olan bir qrupun zəiflədiyini görəcəyik. Qafqaza gəlincə, orada müəyyən proseslər başlaya bilər ki, bu da ümumilikdə Rusiyada hakimiyyətin son dərəcə kövrək olduğunu göstərir. İndi başqa strategiyaya keçəcəklər: onlar indi dünyanı nüvə silahı ilə qorxudacaqlar, bunun üçün hər şeyi edəcəklər".
Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun komada olması barədə məlumatlar yayılsa da, təsdiqlənməyib.
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi