Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində inamlı çıxışlarını davam etdirirlər.
Federasiyadan BUTA.TV-a verilən məlumata görə, 17 yaşadək idmançıların mübarizəsinə qatılan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova yalnız yarımfinalda uduzaraq yarışı üçüncü pillədə başa vurub.
Yağmur Məmmədli 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərib. 19 yaşadək stolüstü tennisçilərin turnirində qüvvəsini sınayan Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Xədicə Əbilzadə qrup mərhələsini inamla adlayaraq sabah keçiriləcək 1/8 finala vəsiqə qazanıb.
Yeri gəlmişkən, qrup oyunlarında Ləman Abdulhəmidova ermənistanlı Asya Poqosyanı 3-0, Zemfira Mikayılova Ellada Gevorqyanı 3-1, Nigar Mahmudova isə Mariam Ambarsumyanı 3-2 hesabı ilə məğlubiyyətə uğradıb.
15 yaşadək stolüstü tennisçilərin yarışında isə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Aysu Ağayeva, Arzu Aslanova və Yağmur Məmmədli 1/8 finala vəsiqə qazanıblar.
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz
- İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu
- Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Video
- “Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
- “Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...