“Vaqner”in keçmiş rəhbəri Yevgeni Priqojinin Mərkəzi Afrika Respublikasındakı (MAR) biznesini Rus Evinin rəhbəti Dmitri Sıtıy idarə edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Sıtıy “Vaqner”in MAR-dakı bazadan qızıl, almaz və taxta-şalban ixrac etmək üçün istifadə etdiyi daşıma şirkətləri şəbəkəsinə nəzarət edir. Bildirilib ki, Rus Evinin rəhbəri həm də “Vaqner”in maliyyələşdirdiyi KİV-lərə də rəhbərlik edir.
Qeyd edək ki, avqustun 23-də “Vaqner” rəhbəri Yevgeni Priqojin təyyarə qəzası nəticəsində ölüb.
- Odessada həlak olan gəmi kapitanı dəfn edildi
- Sevincin və məyusluğun fövqündə olan anlar... - Video
- İngiltərə 60 il sonra DÇ-də mükafat qazandı - Video-Yenilənib
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video
- Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?
- Əməkdar jurnalist Nuraninin son durumu - Açıqlandı
- Həmin uşaqların anası polisə çağırıldı
- Bu müəllimlərin diqqətinə!