Qarabağ həmişə İrəvanda iğtişaşları təşkil edənlərin maraqlarına xidmət etmək üçün alət olub.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazıb.
“Əgər nəhəng erməni kütləsi indi tam azərbaycanlıların nəzarəti altındadırsa, o zaman erməni mediası özünü necə aparmalıdır? Erməni mediası hər şeyi saxtakarlıq və dezinformasiya ilə doldurmalıdır ki, azərbaycanlıları tamamilə qəzəbləndirsin və ermənilərdən qisas alsınlar. Bu gün erməni mediası bu xəstə məntiqlə işləyir. Rusiyayönlü müxalifətə bilavasitə tabe olan qondarma bloger və digər zibillər özlərini məhz belə aparırlar. Bəli, “Artsax-Artsax!!!” şüarı ilə qışqıran avaraların mediası bu gün İrəvanı dağıtmaq, Qarabağ erməniləri arasında dəhşət yaymaq və azərbaycanlıları hiddətləndirməyə çalışır ki, Bakı ermənilərə qarşı mümkün qədər qəddar olsun. Xanımlar və cənablar, özünüzü kənardan görmüsünüzmü? Davranışınız iyrəncdir. Sizin üçün Qarabağ həmişə maraqlarınıza xidmət vasitəsi, Qarabağ erməniləri isə qurban əti olub. Səninlə eyni şəhərdə yaşadığım fakta nifrət edirəm”, - o bildirib.
- Yağış, külək, ildırım... – FHN xəbərdarlıq etdi
- Odessada həlak olan gəmi kapitanı dəfn edildi
- Sevincin və məyusluğun fövqündə olan anlar... - Video
- İngiltərə 60 il sonra DÇ-də mükafat qazandı - Video-Yenilənib
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video
- Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?
- Əməkdar jurnalist Nuraninin son durumu - Açıqlandı
- Həmin uşaqların anası polisə çağırıldı