Doğulandan Əsgəranda yaşamışam. Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Qarabağın erməniəsilli sakini Serjik Qriqoryan deyib.
O bildirib ki, Xankəndiyə bir daha qayıtmaq istəmir:
“Yaşım 60-dan çoxdur. Əsgəranda doğulmuşam və orda da yaşayırdım. Azərbaycanlılarla çox işləmişəm. Traktorçu olaraq çalışırdım. Mən azərbaycanlıların ancaq yaxşılığını istəyirəm, onların mənə çox xeyri dəyib”.
S.Qriqoryan bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən ona heç bir maneə yaşadılmayıb:
“Burdan keçəndə heç bir problem yaratmadılar. Qayıtmaq fikrim yoxdur”.
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər