Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
"Vaxtilə biz Sizinlə (Ərdoğan – red.) TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”, - dövlət başçısı əlavə edib.
- Başçı özünə birinci müavin təyin etdi
- Sabah 38 dərəcə isti olacaq
- Ştaynmayer Əliyevi belə qarşıladı - Video
- Bakıda özəl klinikada ölən körpə zirzəmiyə atılıb?
- İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
- Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
- Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı
- Yüksək vəzifəli azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü