Bolqarıstanın Burqas vilayətindən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Bolqarıstan Respublikasının Burqas vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.
“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə, Bolqarıstan Respublikasının Burqas vilayətində, zonalaşma prinsipi nəzərə alınmaqla, xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
- Başçı özünə birinci müavin təyin etdi
- Sabah 38 dərəcə isti olacaq
- Ştaynmayer Əliyevi belə qarşıladı - Video
- Bakıda özəl klinikada ölən körpə zirzəmiyə atılıb?
- İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
- Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
- Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı
- Yüksək vəzifəli azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü