Ermənilər Qarabağdan niyə əliboş gedir? - Səbəbi açıqlandı

17:05 - 26 Sentyabr 2023 - CƏMİYYƏT

 Ermənilər Qarabağdan niyə əliboş gedir? - Səbəbi açıqlandı

“Ermənilər bilirdilər ki, bu torpaqlar Azərbaycan xalqına məxsusdur və ona görə də onlar burada elə də çox var-dövlət əldə etməyiblər. Onlar uzun illər qazandıqlarının hamısını xarici ölkələrə, Ermənistana daşıyıblar. Onlar təxribatla, təcavüzlə məşğul olmaqdan ötrü özlərinə az-maz varidat saxlayıblar”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.  Millət vəkili Qarabağı könüllü surətdə tərk edən ermənilərin özləri ilə hər hansı bir əşya götürməməsi barədə səslənən fikirlərə münasibət bildirib.

T. Rzayevə görə, bu ermənilərin bir çoxu heç Qarabağda ev sahibi deyillər:

“Onların çox hissəsi xarici ölkələrdən və Ermənistandan gəlmiş təcavüzkarlardır ki, gəlib burada onun-bunun yuvasına sığınıb, ancaq təxribatla məşğul olublar. Qaçanların çoxu da onlardır deyə, ancaq əşyalarını götürürlər. Bu ermənilər gəlib başqalarının yanında olub onların tapşırıqlarını yerinə yetiriblər. Baxırsan ki, onların çoxu heç ailəli deyil”. 

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“Digər bir səbəb isə budur ki, bu adamlar uzun illər separatçı xuntanın köləsi, qulu olublar, daim onların tapşırıqlarını yerinə yetiriblər. Onlar fikirləşirlər ki, biz qaçaq-gedək, canımızı qurtaraq, qoy Xankəndi canilərdən təmizlənsin, ondan sonra biz Azərbaycanın razılığı ilə gəlib öz ev-eşiyimizdə sərbəst yaşaya bilərik. Bu 2 mülahizənin hər ikisi reallıqdan irəli gəlir”, – əlavə edib. 

Deputatın sözlərinə görə, bu gün jurnalistlərimiz Qarabağ ermənilərindən müsahibələr götürür və bir çoxu deyir ki, qayıtmaq fikrimiz var və Azərbaycan vətəndaşlığını qəbul edib burada qalmaq istəyirəm: 

“Lakin onların dediyi kimi, Qarabağda 120-130 min erməni yoxdur. Birinci Qarabağ müharibəsindən sonra onların çoxu bildilər ki, burada yaşamaq onlar üçün mümkün olmayacaq və bir çoxu çıxıb getdi. Onların yerini isə müharibədən sonra Suriya, İraq və digər ölkələrdən gələn ermənilər tutdu, onlar Laçında, Kəlbəcərdə yerləşdilər. Amma İkinci Qarabağ müharibəsi başlanandan sonra bu ermənilərin çoxu qaçıb getdilər və orada əhalinin sayı haradasa 25-30 minə çatardı”. 

Milli Məclisin üzvü təsdiqləyib ki, Qarabağdakı sıravi ermənilərin çoxu separatçı xuntanın əlaltısı, girovu idi ki, artıq onların bir hissəsi çıxıb gedir:

“Antiterror əməliyyatından öncə də görürdük ki, hər gün 80-100 nəfər çıxıb gedirdi. Onlar başa düşürdü ki, Azərbaycan antiterror tədbirini həyata keçirəcək. Qısacası, onların çıxmasına səbəb sadaladığım 2 versiyadır. Ona görə də yalandan deyirlər ki, mal-mülkümüzü burada qoyduq. Erməni heç vaxt mal-mülkünü burada qoya bilməz. Xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra onlar unitazlarını da götürüb aparırdılar. Erməni ölmüşdü ki, burada var-dövlət qoyub getsin. Onların burada mülkü yoxdur, ona görə də çıxıb gedirlər”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol