Ümumi yurisdiksiyalı birinci apellyasiya məhkəməsi rusiyalı müxalifət lideri Aleksey Navalnının 19 il müddətinə həbsi ilə bağlı məhkəmənin qərarını qanuni hesab edib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, məhkəmə Aleksey Navalnı və Daniel Xolodnının müdafiəsi üzrə apellyasiya şikayətinə baxıb və birinci instansiyanın qərarını dəyişməz saxlamaq qərarına gəlib.
Qeyd edək ki, bu ilin avqustunda ekstermizimdə təqsirləndirilən Aleksey Navalnı Moskva Şəhər Məhkəməsinin qərarı ilə cəzasını xüsusi rejimli həbsxanada olmaqla 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
- Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Foto
- Bu dəfə qol sayıldı - Canlı-Yenilənir
- "Ezamiyyə vəsiqələri" ilə bağlı yenilik...
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı