Azərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinin təşkilinə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.
Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.
Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.
- “Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Foto
- “Sabah”dan doğma meydanda qələbə - Video-Yenilənib
- "Ezamiyyə vəsiqələri" ilə bağlı yenilik...
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto