Dinc azərbaycanlılara qarşı qətliamlarda iştirak edən, vaxtilə separatçı-terrorçu xuntanın “rəhbərliyində” təmsil olunan Samvel Babayan Azərbaycanı necə tərk edə bildiyinə aydınlıq gətirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Babayan bildirib ki, əvvəlcə Ağdərədən Xankəndiyə gəlib, daha sonra isə İrəvana gedən karvana qoşulub:
“Maşından düşüb (postda – red.) Azərbaycan polisləri ilə salamlaşdım, 15 metr getdim, orada bir polis də dayanmışdı, onunla da salamlaşdım, maşın skanerdən keçəndən sonra oturub keçdim. Müfəttişlər 30 yaşlı gənclərdir, məni tanımırdılar. Heç kimin pasportunu da yoxlamırlar”.
Babayan həmçinin maskalanaraq postu keçdiyi barədə məlumatları təkzib edib.
- “Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Foto
- “Sabah”dan doğma meydanda qələbə - Video-Yenilənib
- "Ezamiyyə vəsiqələri" ilə bağlı yenilik...
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto