Samvel Babayan Qarabağdan Ermənistana necə keçdiyini açıqlayıb. Etitaf edib ki, Ermənistana qayıdan Ağdərədəki ermənilərin maşın karvanında Laçın sərhəd-keçid məntəqəsini keçə bilib. Görünür, qarışıqlıqdan istifadə edərək, sadə erməni sakinlərin arasında keçməyə nail olub. Lakin bu, Qarabağda qalan separatçıların keçmiş “rəhbərlər”inin qaçması üçün problem yaradacaq, çünki onun açıqlaması Laçın postunda nəzarət tədbirlərinin gücləndirilməsinə səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, Babayanın məqsədinin də bu olduğu istisna deyil:
“Onun Qarabağdakı digər separatçılarla münasibətləri kəskin idi, hətta “mafiya hesablaşması” belə aparırdılar və bu qarşıdurmanın Ermənistanda da davam edəcəyi gözlənilir. Bako Saakyan, Arkadi Qukasyan kimi separatçılar Ermənistana gedə bilsələr, keçmiş “Qarabağ klanı” ətrafında Paşinyan hakimiyyətinə qarşı mübarizə aparacaqlar. Bunu nə Nikol, nə də onunla işləyən Samvel istəyir. Babayan onların Azərbaycandan çıxışının qarşısını almaq üçün, belə demək mümkünsə, Bakıya “postda nəzarəti gücləndirin” mesajı ötürür”.
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan
- Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək
- Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...
- Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...
- Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçdi