İran Ermənistanla Rusiyanın maraqlarına xələl gətirməyəcək şəkildə əməkdaşlığı inkişaf etdirməyə çalışır, lakin dəhliz (Zəngəzur dəhlizi – red.) və ya Ermənistanın sərhədləri məsələsində mövqeyimiz sarsılmazdır.
BUTA.TV xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.
“İran indiyə qədər göstərdi ki, onun üçün bu regionun coğrafi mövqeyi ciddi əhəmiyyət kəsb edir və Tehran müxtəlif səviyyələrdə danışıqlar zamanı irəli sürülə biləcək heç bir təklifə razılaşmayıb.
Təkliflər indi də gələ bilər, o cümlədən Rusiya tərəfindən də... Lakin Tehran xüsusən də Qafqazın Yaxın Şərqlə əlaqələr baxımından artan rolunu nəzərə alaraq, Ermənistan vasitəsilə şimala çıxışı vacib hesab edir. Ona görə də Ermənistanın ərazi bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaq İran üçün mühüm amildir”, - deyə deputat vurğulayıb.
O qeyd edib ki, Rusiya fövqəldövlət kimi hər zaman öz maraqlarını irəli sürməyi düşünüb və bunu prioritet hesab edib:
“Aydındır ki, Rusiya əvvəllər onun tərkibində və ya təsir orbitində olan ölkələrin faktorundan öz xeyrinə istifadə etməyə çalışacaq”.
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video