Azərbaycanda quru sərhədlərin bağlı qalması artıq insanlarda ciddi suallar doğurur. Bunun pandemiya ilə əlaqəli olmadığı aydındır. Görünür ki, başqa səbəblər var. Bu səbəblər hələlik rəsmi şəkildə elan olunmur.
Bu barədə BUTA.TV-a açıqlamasında tanınmış iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.
Natiq Cəfərli qeyd edib ki, 3 ildir quru sərhədlərin bağlı qalması həm turizmin inkişafında, həm də sərhədyanı ticarət baxımından ciddi problemlərə yol açır:
“Azərbaycan turizmi prioritet elan edibsə, quru sərhədləri bağlı saxlaması doğru deyil. Çünki bu ilin ilk 8 ayının məlumatlarına baxdıqda görünür ki, pandemiyadan öncəki dövrə nisbətən Azərbaycana turist az gəlib. Bu əsasən də quru sərhədlərin bağlı olması ilə əlaqədardır. Qonşu ölkələrdə isə quru sərhədlər açıqdır. Gürcüstana nəzər yetirsək, bu il rekord sayda, 6-7 milyon turist gəlməsi gözlənilir. Azərbaycana isə hələlik 8 ayda 1,2 milyon turist gəlib. Bu onu göstərir ki, quru sərhədlərin qapalı olması iqtisadiyyatda ciddi maneəyə çevrilib”.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi 2 yanvar 2024-cü ilə qədər uzadılıb.
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video