Paşinyan da Qarabağ yükündən qurtuldu - Ekspert

15:36 - 28 Sentyabr 2023 - CƏMİYYƏT

 Paşinyan da Qarabağ yükündən qurtuldu - Ekspert

Qarabağ separatçılarının özlərini buraxması, “qurumlarının” fəaliyyətlərini dayandırması Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir. Qarabağda separatçılığın tarixi daha uzundur, təxminən 200 il əvvəl bölgəyə köçürüldükdən sonra bizə hər zaman problem yaratdılar, qətliamlar törətdilər, müharibələr oldu, on minlərlə insan həlak oldu. Beləliklə 200 illik bəladan qurtulduq. Bu, xalqımızın və dövlətimizin ən böyük naliyyətlərindən biri sayıla bilər. Bundan sonra quruculuq işlərini sürətləndirə bilərik.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Qarabağdan ermənilərin kütləvi köçü 2 ilin sonunu gözləmədən Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini sürətləndirəcək, qalmağın mənası yoxdur. Biz tək separatizm üzərində qələbə çalmadıq, erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə zərbə vurduq. Ermənilər arasında dərin fikir ayrılğı yaranıb”, - o bildirib.

Politoloq deyib ki, əldə etdiyimiz uğura baxmayaraq, meşələrdə gizlənmək istəyən separatçılar ola bilər:

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“Əgər belələri olarsa, onları da məhv etməliyik. Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır. Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bu yükdən qurtuldular. Əgər Baş nazir Nikol Paşinyanın məntiqi varsa, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar. Doğrudur, bu halda erməni lobbisi və yerli radikallar ona mane olmağa çalışacaq. Ancaq Paşinyan hələ də cəmiyyətinin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu, Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol