Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Buta.tv-nin məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 3-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 6 ay azaldıb.
Qeyd: Hadisə 2019-cu il dekabrın 22-də Yasamal rayonu, Şərifzadə küçəsi, 67A nömrəli evin qarşısında baş verib.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Belə ki, T.Nağıyev “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb. Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Daha sonra T.Nağıyev tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb. Xatırlatma: Güllələnən Z.Muradov hazırda həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının dostudur.
Z.Muradov xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!