Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 20,827 milyard dollar artıb. Ən böyük artım isə yenidən “Lukoyl”un həmsahibi Vahid Ələkbərovda olub, onun kapitalı 6,4 milyard artaraq 21,8 milyard dollara çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.
Rusiyalı milyaderlər arasında ən zəngini “Nornikel”in əsas sahiblərindən biri Vladimir Potanin olaraq qalır:
“İlin əvvəlindən onun sərvəti 210 milyon dollar azalaraq 28,4 milyarda düşüb. İkinci yerdə sərvəti 2,68 milyard dollar artaraq 27,3 milyard dollara yüksələn “Novatek”in sahibi Leonid Mixelson gəlir. Üçüncü yerdə NLMK benefisiarı Vladimir Lisin qərarlaşıb. O, ilin əvvəlindən sərvətini 3,42 milyard dollar artıraraq 23,3 milyarda çatdırıb. Dördüncü yerdə 6,4 milyard artımla “Lukoyl”un həmsahibi Vahid Ələkbərov gəlir. Onun sərvəti 21,8 milyard dollardır. Beşinci yerdə isə 233 milyon dollar itirmiş Əlişir Usmanov qərarlaşıb, onun sərvəti hazırda 18,2 milyard qiymətləndirilir”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir