Həkimlər genetik olaraq infarkt və insulta meyilli kişilərin ümumi cəhətlərini açıqlayıblar.
BUTA.TV xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov daz və keçəlləşməyə meyilli kişilərin daha çox infarkt və insult ola biləcəklərini bildirib.
“Çünki tüklərin tökülməsi damarlarda aterosklerozun olmasını göstərir. Eləcə də sutkanın müxtəlif vaxtlarında yuxuya gedən, gecə yuxusunu normal almayan, çox az yatan insanlarda da insult riski yüksəkdir. Bu adamların damarlarında 2 dəfə artıq xolesterin tıxacları yarana bilir.
Orqanizmi infarkt, insultla üz-üzə qoyan digər məqam qalxanvari vəzlə problemdir. Çünki hormonlar xolesterin sintezində rol oynayır. Əgər vəz zəif işləyirsə, orqanizm kompensasiya məqsədilə xolesterini aktiv şəkildə ehtiyata yığır. Çox stress, iltihab da ateroskleroz əmələ gəlməsinə səbəb olur”, - o vurğulayıb.
- Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu
- Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı
- Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər saxlanıldı
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı