Qarabağın erməni sakinlərinin könüllü şəkildə bölgəni tərk etməsi başa çatıb.
BUTA.TV xəbər verir ki, özünü buraxan qondarma “respublika”nın “rəsmiləri”ndən, 5-6 nəfər ahıl və xəstədən, o cümlədən Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşan bir qrup insandan başqa Qarabağda erməni qalmayıb. Erməni KİV antiterror əməliyyatından sonra 100 mindən artıq dinc sakinin könüllü əsaslarla bölgəni tərk etdiyini yazsa da, bu rəqəmin 42-43 min civarında olmasına dair təkzibedilməz sübutlar mövcuddur.
Ermənistan mətbuatının yazdığına görə Qarabağı tərk edən yerli sakinlər ölkənin 10-dan çox şəhər və rayonunda məskunlaşıb. Onların böyük əksəriyyəti ev və sosial yardımlarla təmin olunub. Bəzi sakinlər isə İrəvanda yaşamağı seçərək, paytaxtda məskunlaşıblar.
Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə Qarabağ erməniləri arasında xeyli məşhur olan Davit Minasyan da artıq ailə üzvləri ilə birlikdə İrəvanda yaşamağa başlayıb.
Xatırladaq ki, D.Minasyan Xankəndinin mərkəzində Araik Arutyunyana qarşı təkbaşına aksiya keçirdikdən sonra populyarlaşmışdı. O, həm də Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaddaşında Əsgəranda Bakıdan göndərilən unun qarşısını kəsərək, “biz türkün çörəyini yemərik” deməsi ilə qalıb.
Sosial şəbəkədə paylaşılan fotodan da görünür ki, Davit İrəvanın ən bahalı istirahət məkanlarından birində ailə üzvləri ilə bərabər pivə içir. Fotoda onun heç də qüssəli adam təsiri bağışlamadığı aydın görünür. D.Minasyan və ailə üzvlərinin durumu o qədər yaxşıdır ki, hətta bəzi ermənilər onlara qibtə etdiklərini də gizlətmirlər.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi