Həkəri çayı üzərindəki körpüdə işlər yekunlaşmaqdadır

18:48 - 3 Oktyabr 2023 - GÜNDƏM

 Həkəri çayı üzərindəki körpüdə işlər yekunlaşmaqdadır

Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsündə işlər yekunlaşmaq üzrədir.

Bu barədə BUTA.TV-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verib.

Məlumata görə, körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.

Qeyd edək ki, Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsidir.

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol