Xoşbəxt Yusifzadənin vəfatı ilə elə bil böyük qardaşımı itirmişəm.
BUTA.TV xəbər verir ki, bunu mərhumla keçirilən vida mərasimində jurnalistlərə açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.
O bildirib ki, Xoşbəxt Yusifzadə çox optimist insan idi: "O, işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, "Sən cavanlardan daha çox operativsən". Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O, bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq".
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır
- “20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı