DYP-dən hava ilə bağlı hərəkət iştirakçılarına müraciət

15:28 - 4 Oktyabr 2023 - GÜNDƏM

 DYP-dən hava ilə bağlı hərəkət iştirakçılarına müraciət

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabrın 5-i gündüzədək davam edəcəyi gözlənilir.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

İdarə verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı, nəqliyyat vasitələrinin sazlığına, o cümlədən şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış piyada keçidlərindən keçməlidirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol