Bakı bu 3 prinsipi qəbul edirsə, demək, sülh artıq bağlanıb

23:42 - 4 Oktyabr 2023 - GÜNDƏM

 Bakı bu 3 prinsipi qəbul edirsə, demək, sülh artıq bağlanıb

Bu gün mühüm çağırış sülh prosesinin bir neçə əsas prinsip əsasında davam etməsini təmin etməkdir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında bəyan edib.

O bildirib ki, bu prinsiplər haqda hamı məlumatlıdır, bu prinsiplər Avropa Birliyi Şurasının rəhbərinin 2023-cü il iyulun 15-də Brüsseldə verdiyi bəyanatda qeyd olunub:

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

“Prinsiplərdən biri odur ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qəbul edirlər. Yəni Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu anlayışı təsdiqlənir. Almatı bəyannaməsi delimitasiya və demarkasiya prosesinin siyasi əsasını təşkil etməlidir. Delimitasiya və demarkasiyanın hansı xəritələrə aparılacağının razılaşdırılması vacibdir. Bu, 1975-ci ilin xəritələri əsasında aparılmalıdır.

Bundan əlavə, regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verməlidir.

Əgər Azərbaycan bu prinsiplərə sadiqliyini açıq şəkildə təsdiq edərsə, o zaman güman etmək olar ki, sülh müqaviləsinin bağlanması yalnız qısa zaman məsələsidir.

Problem ondadır ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri bu prinsiplərə sadiqliklərini təsdiq etməyiblər. Bu, şübhələr yaradır ki, onlar sülh dedikdə Ermənistanın ərazi bütövlüyünə müəyyən iddialarını nəzərdə tuturlar. Əgər onlar bu üç prinsipə sadiqliklərini təsdiq etsələr, biz sülhü praktiki olaraq qurulmuş hesab edə bilərik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol