Bakı Ağır Cinayətlər Məhkəməsində ölkədə tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova qarşı dələduzluq edən Rəşad Həsənovun məhkəmə prosesi keçirilib.
Məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəsatət qaldırıb. O, bildirib ki, 2016-cı ildən İsfəndiyar Axundova məxsus "Şərur"MTK-da komendant işləyib: "5 il orda komendant işləmişəm. Son vaxtlar başladılar məni hədələməyə. Dedilər ki, guya mən "Şərur" MTK-dan 600 min manata yaxın pul mənimsəmişəm. Dəfələrlə İsfəndiyar müəllimlə görüşmüşəm, ona borcum olmadığını bildirmişəm. Sonradan o mənim maşınımı da əlimdən aldı. Öz adamlarını hər dəfə üstümə göndərib, hədə-qorxu gəlib. İsfəndiyar vergidən yaylnmaq üçün mənim kimi insanlara tələ qurur, istifadə edir. Xahiş edirəm, məhkəmə işi düzgün araşdırsın".
Prokuror bildirib ki, təqsirləndirilən şəxs İsfəndiyar Axundovla üzləşməsə hər şeyi etiraf edib və pul mənimsədiyini boynuna alıb.
Təqsirləndirilən şəxs isə qeyd edib ki, həmin vaxt onu hədələyiblər, məcburiyyətdən hər şeyi boynuna alıb.
Hakim bildirib ki, "Şərur" MTK tərəfindən Rəşad Həsənova verilən pulun məbləği, əvəzində təqsirləndirilən şəxsin həmin pulun müqabilində nə qədər iş görməsi barədə məhkəməyə arayış təqdim edilsin.
Proses noyabrın 1- də davam etdiriləcək.
Xatırladaq ki, Rəşad Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirləndirilir.
İttihama görə, o, "Şərur"MTK-da işlədiyi dövrdə şirkətin 20 nəfər əməkdaşına qarşı 1 milyon manata yaxın dələduzluq edib. /News24.az
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar
- Geniş seçim: "Park Yasamal"da yeni mənzillər!
- "Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- Növbəti 3 gün güclü külək əsəcək
- Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb
- Famil Xəlilovun qardaşı faciəvi şəkildə öldü
- Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq