Bu günə qədər 98 erməni Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edib. Bu müraciətlərin sayı getdikcə artacaq, eləcə də Ermənistana gedən ermənilər arasında da qayıtmaq və vətəndaşlığı qəbul edərək, burada yaşamaq istəyənlər olacaq.
Vətəndaşlıq almaq istəyən ermənilərin, xüsusilə Ermənistana gedənlər arasından geri qayıtmaq istəyənlərin Qarabağda nə vaxtdan yaşadığını araşdırmaq lazımdır. Və əsas üstünlüyün Azərbaycan SSR dövründə Qarabağda yaşamış, Azərbaycan pasportu daşımış şəxslərə verilməsi vacibdir. Dövlət arxivində bu şəxslərlə bağlı məlumatlar yəqin ki, var. Vaxtilə Azərbaycan vətəndaşı olmuş ermənilərin özləri ölübsə, ailə üzvləri bu imkandan yararlana bilər.
İşğal dövründə Qarabağa Ermənistandan, Yaxın Şərqdən və dünyanın müxtəlif güşələrindən köçürülən ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi və ərazimizdə yaşaması qəbul edilməməlidir. Bu, bölgənin demoqrafik vəziyyəti, eləcə də perspektivdə separatizm-terrorizmin yenidən baş qaldırmaması üçün əhəmiyyətli amildir.
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır