İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva oğlunu ağır yaralayan terrorçunun edam cəzasına məhkum ediləcəyi barədə xəbərlərə münasibət bildirib.
T.Tağıyeva açıqlamasında terrorçunun layiqli cəza alacağına ümid etdiyini deyib. “Mətbuatda xəbərləri izləyirəm. Edam məsələsini eşitdik. Düzdür, kimliyindən asılı olmayaraq bir insan ölümüdür. Lakin bu mənada sevinə bilərik ki, övladlarımızın, Orxanın qanı yerdə qalmasın. Bu dövlət səviyyəsində olan, həm də siyasi məsələdir. Cənab Prezidentimiz bu məsələ ilə maraqlanır, sonuna qədər də özü nəzarət edəcək. Səfirlikdə törədilən terror təkcə bizim övladlarımıza qarşı deyil, dövlətimizə, Azərbaycana qarşı törədilib. Buna görə də bir valideyn kimi deyə bilərəm ki, ən ağır cəzanın verilməsini istəyirik. Yəqin ki, layiqli cəzasına çatar”, - T.Tağıyeva bildirib.
O, Vasif Tağıyevin səhhəti barədə də məlumat verib: “Vasifin səhhəti düzəlir, yaxşıdır. Həkimlər deyiblər ki, sümük özü yavaş-yavaş bərpa olur. Əgər bərpa olmasa, çanaq sümüyündən götürüb Vasifi yenidən əməliyyat edə bilərlər. Allahın izni ilə buna ehtiyac qalmaz...”
Qeyd: Baş Prokurorluq İrandakı Azərbaycan səfriliyinə hücum edən terrorçunun edam cəzasına məhkum ediləcəyi barədə xəbərlərə aydınlıq gətirilərək bildirilib ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan
- Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək
- Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...
- Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...
- Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçdi