Ermənistanda vandalizm artır - Qoldşmidt

14:02 - 5 Oktyabr 2023 - GÜNDƏM

 Ermənistanda vandalizm artır - Qoldşmidt

Çərşənbə axşamı gecə İrəvandakı Dünya Yəhudi Mərkəzi vandalizmə məruz qalıb və bunun İsrailin Azərbaycanla əlaqələrini gücləndirməsi ilə birbaşa əlaqəli olduğu güman edilir.

BUTA.TV xəbər verir ki, bu barədə İsrailin “Yerusalim Post” qəzeti məlumat yayıb.

Vurğulanır ki, Ermənistanda antisemitizm halları dəfələrlə qeydə alınıb:

“İsraillə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi erməni separatçıların tərəfdarlarını İrəvandakı yəhudi mərkəzinə hücum etməyə sövq edib”.

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Məlumata görə, Avropa Ravvinləri Konfransının sədri Pinxas Qoldşmidt də məsəlyə münasibət bildirib:

“Ermənistanda Dünya Yəhudi Mərkəzinə edilən vandalizm təəssüf doğurur. Ermənistanın yəhudi icması Qarabağ münaqişəsinin tərəfi deyil. Ermənistan Prezidenti Xaçatryanı bu hərəkəti pisləməyə və yəhudi icması üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıram. Yəhudi icması ilə həmrəyəm və onların Sukkot bayramını dinc şəkildə qeyd edə biləcəyinə ümid edirəm”.

Dünya Yəhudi Konqresinin hesablamalarına görə, Ermənistanda əsasən aşkenazi əsilli təxminən 500-1000 yəhudi, həmçinin bəzi mizrahi və gürcü yəhudiləri yaşayır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol