Ötən gün hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilən “Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun nədə ittiham olunduğu məlum olub.
BUTA.TV xəbər verir ki, iş üzrə beş zərərçəkmiş var. İttihama görə, Fuad Muradov tanışı olan G. Nəbiyeva (ad-soyad şərtidir) və Z. Əbilovla (ad-soyad şərtidir) əlbir olaraq zərərçəkmişləri şantaj edib. Belə ki, iş üzrə zərərçəkmiş beş nəfərin qadınla intim görüntüləri çəkilib, onlar həmin görüntüləri zərərçəkmişlərin ailə üzvlərinə göndərəcəkləri hədəsi ilə ümumilikdə 20 min manata qədər pul tələb edərək alıblar.
İş üzrə zərərçəkənlər Fuad Muradov və digərləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciət əsasında hər 3 nəfər saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etməkdə) maddəsi ilə ittiham verilib.
Müstəntiqin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən Fuad Muradov və digərləri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi