Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə Ermənistana bu şəkildə mesaj da var: “Ermənistan mövcud hərbi ittifaqlarına yenidən baxarsa Avropa Birliyinin təhlükəsizlik dəstəyinə ümid edə bilər”. Yəni demək istəyiblər ki, Ermənistan Moskva ilə strateji müttəfiqlikdən, Rusiyanın hərbi bazalarından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından imtina edərsə, Brüssel Ermənistana müdafiə dəstəyi verəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bütün bu vədlər nağıldır:
“Birincisi, Avropa Birliyinin təhlükəsizlik strukturu yoxdur - Ermənistanı mövcud olmayan strukturu vasitəsilə necə müdafiə edə bilər? İkincisi, Avropa Parlamenti NATO-ya işarə edibsə, Ermənistanın bu təşkilata üzvlüyü mümkün deyil. Ən azı NATO üzvü Türkiyə buna imkan verməz. Brüssel Ermənistana sadəcə deyib ki, sən Rusiyadan qurtul, qalanı bizlikdir. Ancaq “bizlik” dediyi məhfumun içi boşdur”.
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır