Əgər Kanada parlamentinin keçmiş sədri Ukrayna-Kanada nasistinin Hitlerin tərəfində vuruşduğunu bilmirsə, deməli, o, axmaqdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kanada parlamentinin keçmiş spikerinin Yaroslav Qunkonun II Dünya müharibəsi zamanı Ukraynanın müstəqilliyi uğrunda ruslara qarşı vuruşması barədə açıqlamasını şərh edərkən deyib.
Putin eks-spikerin çıxışının ya savadsızlığından, ya da onun əclaf olmasından xəbər verdiyini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin bu həftə Kanadaya səfəri zamanı görüşə dəvət olunmuş “Qalisiya” diviziyasının 98 yaşlı veteranı Yaroslav Qunko bu ölkənin parlamentində alqışlarla qarşılanıb. İclası zamanı Kanada İcmalar Palatasının keçmiş spikeri Entoni Rot iclas zalında Ukraynanın müstəqilliyi uğrunda ruslara qarşı vuruşan II Dünya müharibəsi veteranı olduğunu deyib.
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır