Daşnaklar köksüz bir tayfadır və bircə işi bacarırlar: Vətəni dağıtmağı. Əgər qondarma müxalifət Qarabağ ermənilərindən öz maraqları üçün istifadə etməyə çalışmasaydı, mən təəccüblənərdim. Evsiz qalan soydaşlarımızdan ilk istifadə cəhdi nəticə vermədi: ölkə Qarabağ ermənilərinə hədsiz qayğı ilə yanaşırdı, minnətdar xalq onlara yardım edən hökumətə qarşı çıxmadı.
BUTA.TV xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazıb.
“Amma Qarabağ ermənilərini hər zaman öz şəxsi məqsədləri üçün istismar edən müxalifətçilərimiz hər dəfə yeni bir şey ortaya qoyurlar. Deməliyəm ki, Nairi Ohikyan, Qagik Arutyunyan və digər daşnak fiqurları xeyriyyəçilik adı altında Qarabağ ermənilərini qızışdıraraq onları gələcək iğtişaşlara hazırlayırlar. Bu iyrənclər istənilən bədbəxtlikdən sui-istifadə edirlər və qarabağlıların köçü onlar üçün sadəcə bir hədiyyə idi. Əziz qarabağlılar, unutmayın. Sizə səmimi kömək təklif edən kimsə sizdən heç nə tələb etməyəcək. Əgər kömək müqabilində sizdən nəsə istəsələr, bu, kömək deyil, aldatma, saxtakarlıqdır. Çirkli məqsədlərinə çatmaq üçün sizi belə işə cəlb edərlər. Onların əlində daha bir oyuncağa çevrilməyin. Ermənilərin yeganə vətənini dağıtmalarına imkan verməyin. Ermənistan sizi ürəkdən sevir, onun dağılmasına töhfə verməyin. Bilirik ki, daşnakların zor gücünə can atdıqları hakimiyyətdə ölkəni nələr gözləyəcək”, - Aleksanyan bildirib.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi