Polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Bildirilib ki, İlqar Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır.
İlqar Səfərovun atası Sahib Səfərov açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib.
Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.
- Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan
- Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
- FTX Azərbaycan vətəndaşını saxladı
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan
- Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək