“İnsanların azadlıq sözünü unutmaq zamanıdır. Azad düşüncə belə mövcudluğunu itirib. Hər kəs tam kontrol altındadır. Hər yer kamera, əlimizdəki telefonlar gündə neçə addım atdığımızdan tutmuş, kiminlə harda olduğumuza kimi bilir və sistemə ötürür”.
BUTA.TV xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. O qeyd edib: “Sosial şəbəkələrdə səhifələri qarşımıza çıxararaq beynimizdə fikir formalaşdırmaq 2x2 kimi asandır. Bizi özümüzdən daha yaxşı tanıyır bu sistem. İnsanlar bir-birinə etibarını itirib, çünki danışanda səsimizin kimsə tərəfindən yazılıb yazılmadığına belə əmin deyilik.
Əvvəllər insanlara nəyi etmək olar, olmaz deyilirdi (din, qanun və s.)” – deyə Nura Suri vurğulayıb.
Sənətçi bildirib ki, indi insanları idarə etmək üçün nə dinə, nə qanuna ehtiyac belə qalmayıb: “Nəğd pul da aktuallığın itirdiyinə görə kim nə qədər qazanır, nə qədər və hara xərcləyir artıq məlumdur. Hamının zəif yeri, səhvi, sirri, hər şeyi məlumdur. Gizli heç nə qalmayıb. Tam sistemə tabeyik. Bütün dünya belədir və daha betəri olacaq.
Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
Robotlar, kuklar kimi yaşayırıq insan kimi yox. Çünki insan həm bu dünyanı həm də insanlığı məhv etməyi bacardı ancaq. Heyvanlara, təbiətə, insanlara verdiyi əziyyətin bəhrəsidir bu. Deyəsən, şeytan haqlı çıxdı”.
- Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...
- Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...
- Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
- Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi